Qasım Süleymaninin intiqamını almaq üçün görün NƏLƏR ETDİbackend

Qasım Süleymaninin intiqamını almaq üçün görün NƏLƏR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Nika Nikubin adlı qadın İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin intiqamını almaq üçün internetdə tanış olduğu şəxsi bıçaqlayıb.

Editor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə cütlük martın 5-də görüşüb və oteldə otaq kirayələmək qərarına gəlib. Yataq otağında Nikubin kişinin gözlərini bağlayıb və işığı söndürüb. Bundan sonra zərərçəkən boynundan ağrı hiss etdiyini və yerə yıxıldığını polisə açıqlamasında bildirib. 21 yaşlı Nika Nikubin həbs edilib. Zərərçəkənin səhhəti ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad Hava limanında ABŞ pilotsuz təyyarələrinin hücumu nəticəsində öldürülüb.

//Editor.az