Rusiya prezidenti Vladimir Putin iranlı general Qasım Süleymaninin öldürülməsinə açıq şəkildə etiraz edib.
Editor.az bildirir ki, bu barədə o, oktyabrın 27-də “Valday” Disskusiya Klubununda çıxışı zamanı deyib:
“İranlı generalı – Süleymanini götürüb öldürdülər, Süleymani ilə istədikləri kimi davrana bilərdilər, istədikləri kimi. Amma o, başqa dövlətin rəsmisidir. Üçüncü ölkənin ərazisində öldürdülər və dedilər ki, bəli, biz öldürdük. Bu nə deməkdir, biz hansı zəmanədə yaşayırıq?”.
Xatırladaq ki, iranlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlılarının lideri Qasım Süleymani 2020-ci ilin yanvarında öldürülüb.
//Samir Qurbanov, Editor.az

