Türkiyənin Muş şəhərində qatar mal-qara daşıyan yük maşınına çırpılıb.
Editor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ən azı iki nəfər həyati təhlükəsi olmayan xəsarətlər alıb.
Ağır yük maşınının iki sərnişininin həlak olduğu dəqiqləşdirilir. Yük maşınının sürücüsü və digər iki sərnişini də ağır yaralanıb. KİV-in məlumatına görə, ağır yük maşınının sürücüsü keçiddən keçməyə çalışsa da, buna vaxt çatmayıb.
25 baş iribuynuzlu heyvanın da tələf olduğu qeyd edilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
//Samir Qurbanov, Editor.az

