“Qatargate” üzrə qalmaqalla məşhurlaşan Eva Kayli Azərbaycana qarşı Ermənistanın maraqları üçün lobbiçilik edibackend

“Qatargate” üzrə qalmaqalla məşhurlaşan Eva Kayli Azərbaycana qarşı Ermənistanın maraqları üçün lobbiçilik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin keçmiş prezidenti, “Qatargate” işi üzrə “məşhurlaşan” Eva Kayli həmçinin Azərbaycana qarşı Ermənistanın maraqlarına lobbiçilik etməkdə ittiham olunur.

Hazırda Avropa Parlamentinin vitse-prezidenti üçüncü ölkələrlə əlaqələri olduğu iddiası ilə ittiham olunur.

E.Kaylinin Avropa İttifaqı Ermənistan Dostluq Qrupu ilə isti münasibətləri var ki, bu da öz növbəsində Avropadakı ən böyük erməni lobbi təşkilatı olan “Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası” (EAFJD) ilə sıx bağlıdır.

Mənzil-qərargahı Brüsseldə yerləşən EAFJD-yə Ermənistan və Yunanıstan pasportlarına malik brilyant alverçisi və mediada “qanlı brilyant” alverçisi kimi tanınan Kaspar Karampetyan rəhbərlik edir.

Avropa Parlamentində görüşlərlə yanaşı, EAFJD Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin ofisində də Ermənistan maraqları üçün lobbiçilik edib və Avropa parlamentarilərinin 1988-ci ildən Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Qarabağ regionunun rayonlarına səfərlərinin təşkilində iştirak edib. Beynəlxalq aləmdə bu bölgələr, demək olar, bütün ölkələr tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır.

Məsələn, 2019-cu ilin avqustunda Avropa Parlamentinin almaniyalı deputatı Martin Zonneborn EAFJD-nin təşəbbüsü ilə erməniəsilli həyat yoldaşı ilə birgə və təbii ki, Kaspar Karampetyanın müşayiəti ilə o vaxt separatçıların nəzarətində olan Qarabağ ərazisinə səfər edib və sonradan Almaniya Xarici İşlər Nazirliyi bu addımı pisləyib.

Yeri gəlmişkən, M.Zonneborn Rusiyanı dəstəkləyən deputatlardan biridir. 2022-ci ilin noyabrında o, Ukraynada başlayan müharibə ilə əlaqədar Rusiyanın “terrorizmin sponsoru” olan dövlət elan edilməsinə dair qətnamənin əleyhinə səs verən 58 nəfərdən biri olub.

E.Kayli isə Avropa Parlamentində Azərbaycan diplomatları üçün Şengen vizasının ləğvinə dair alovlu çıxışlar edərək, Qarabağın danılmaz Azərbaycan ərazisi olmasına baxmayaraq, Azərbaycanın Qarabağı “işğal etməyə” cəhd etdiyini əsaslandırmağa çalışıb. Keçmiş vitse-prezident Ermənistanı işğal edə biləcəyini düşünərək Türkiyəyə də düşmən münasibət bəsləyir.

Azərbaycan bərpa olunan enerji sektorunu inkişaf etdirmək üçün çox çalışır, eyni zamanda iri neft və qaz istehsalçısıdır və Rusiyanın Ukraynaya müdaxiləsi və ardınca Aİ-nin sanksiyaları nəticəsində Avropa bazarında yaranan çatışmazlığı doldura bilər.

Buna görə də Kremlin Bakı ilə Brüssel arasında niyə sədd yaratmaq istədiyini yaxşı başa düşmək olar. Bu maneə Ermənistandır.

Bu məqsədlə Rusiya baş nazir Nikol Paşinyanı devirməklə Ermənistanda rejim dəyişikliyinə nail olmağa və bununla da onun Azərbaycanla danışıqlara getməsinə və Moskvanın qarşısını almaq istədiyi sülh danışıqlarını uğurla başa çatdırmasına imkan verməməyə çalışır.

Görünür, “Qatargate” aysberqin yalnız görünən hissəsidir, çünki şübhəli QHT-lər Avropa Parlamentində cəzasız olaraq fəaliyyət göstərməyə və demək ki, Cənubi Qafqazda sülhün yaranmasına mənfi təsir göstərməyə davam edirlər.

Mənbə: “EU Today”