Qatarın altında qalan gənc başına gələnləri danışıbbackend

Qatarın altında qalan gənc başına gələnləri danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada  24 yaşlı Kandela martın 29-da ölkənin “İndependensiya” stansiyasında tarazlığını itirərək qatar keçərkən relslərin üzərinə yıxılıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki,  hadisə zamanı gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, hadisəyə səbəb  təzyiqinin aşağı düşməsi olub. 12 gün xəstəxanada qaldıqdan sonra Kandela hadisə ilə bağlı Argentinada “C5N” televiziyasına açıqlama verib.

“Qəzanı təffərrüatı ilə xatırlamıram. Hadisəni özümə gəldikdən sonra videolarda izləmişəm. Önümdəki insana bildirdim ki, özümü yaxşı hiss etmirəm. Bundan sonra heç nə yadımda deyil. Sağ qalmağıma təəccüblənirəm”,- deyə Kandela bildirib.

 //Editor.az