Qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına ehtiyat uçuş heyəti göndərilibbackend

Qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına ehtiyat uçuş heyəti göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.

Editor.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır”, – deyə məlumatda bildirilib.