Qatil “İgidliyə görə” medalı ilə təltif olunubbackend

Qatil “İgidliyə görə” medalı ilə təltif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin avqustun əvvəlində Donetsk vilayətində – Baxmut yaxınlığında öldürülən kriminal İvan Neparatov “İgidliyə görə” medalı ilə təltif edib.

Editor.az xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb. Bəs İvan Neparatov kimdir? Araşdırmaçı jurnalistlərin fikrincə, Neparatov Moskva yaxınlığındakı Sergiev Posaddan olan quldur dəstəsinin lideri kimi tanınır. 2013-cü ildə o, 5 nəfəri qətlə yetirmək, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, dələduzluq və qanunsuz silah saxlamaqda ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib. Xidmət müddətindən sonra Neparatov, “Wagner PMC”lə müqavilə imzalayıb və Ukraynanın şərqində gedən döyüşlərin birində öldürülüb. Araşdırmaçıların fikrincə, o çox güman ki, Ukraynaya qarşı müharibənin gedişində öldürülən ilk məhbus deyil.

  //Samir,Editor.az