Qax İcra Hakimiyyəti tərəfindən aldadılan Şəhid Anası fəryad etdi: “Heçmi vicdanınız oyanmadı?! Sabahdan gələrsiz qapıma…”backend

Qax İcra Hakimiyyəti tərəfindən aldadılan Şəhid Anası fəryad etdi: “Heçmi vicdanınız oyanmadı?! Sabahdan gələrsiz qapıma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda Şəhid və Qazi ailələrinə laqeyd münasibət barədə sosial şəbəkələrdə zaman-zaman tənqidi yazılar və xəbərlər dərc edilməkdədir. Qax.org.az saytı da bu mövzunu daima gündəmdə saxlamağa çalışır. Şəhid ailələrinin etirazı artıq son həddə çatıb.

Ötən gün sosial şəbəkələrdə fəryad dolu bir paylaşım edən Qax rayonu Şəhidi Abdulla İsrafilovun anası Təranə xanım yerli məmurları sərt tənqid etdi, Şəhid ailələrinin yaşayış səviyyəsi və məmurların Şəhid ailələrinə etinasız münasibətindən danışdı.

Editor.az Qax.org.az saytına istinadən xəbər verir ki, Şəhid Abdulla İsrafilovun anası Təranə İsrafilova ev şəraiti və dolanışıq məsələləri ilə bağlı Qax rayonu İcra Hakimiyyətinə müraciət etsə də, Şəhid anasını aldadaraq, həmin vəsaiti mənimsəyiblər.

Şəhid anasının o paylaşımını olduğu kimi təqdim edirik.