Qax məktəbində rəzalət: direktor və müavini müəllimləri küçə söyüşü ilə təhqir etdi – “Evdə oturub, ***…” – 18+backend

Qax məktəbində rəzalət: direktor və müavini müəllimləri küçə söyüşü ilə təhqir etdi – “Evdə oturub, ***…” – 18+

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseydə biabırçı bir olay yaşanıb. Editor.az saytına daxil olan səs yazısında sözügedən orta məktəbin direktor müavini Şəhla Əlicanovanın məktəbin müəllim və tərbiyəçilərinə göndərdiyi səsli mesaj əks olunub. Həmin mesajda direktor müavini Şəhla Əlicanova məktəbin çoxsaylı müəllim kollektivinə hədə-qorxu gəlir və məktəbin direktoru Şəkər Abdullayevanın adından küçə söyüşləri ilə təhqir edir.

Müəllimlərin etik davranış qaydalarına və ümumən Azərbaycan qadınının əxlaq normalarına sığmayan bir tərzdə danışan Şəhla Əlicanova eyni zamanda Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Şəkər Abdullayevanın da eyni əxlaq sahibi olduğunu ifşa etmiş olur.

Editor.az saytı olaraq, ilk növbədə böyüklərimizdən üzr istəyir və azyaşlı oxucularımızın bu səs yazısına qulaq asmamasını rica edirik.

Əlavə şərh vermədən həmin səs yazısını oxucularımıza təqdim edir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu biabırçı olayla bağlı araşdırma aparacağına və müəllim adına ləkə gətirən bu kimi ünsürlərin təhsil sistemindən uzaqlaşdırılacağına ümid edirik. Çünki, təhsil müəssisəsində direktor və müəllimlər arasında bu tərzdə ünsiyyət forması seçilirsə, həmin məktəbdə təhsil alan gələcək nəsillər hansı nümunə götürə bilərlər?!

Qeyd edək ki, Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Şəkər Abdullayeva 45 ildən çoxdur ki, həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışır və ölkədə koronavirusla bağlı elan olunmuş sərt karantin qaydalarını kobud surətdə pozaraq, dəfələrlə məktəbə gəlir, müəllimlərin də məktəbə gəlməsini tələb edir.

Zəruri qeyd: Azərbaycanda koronavirus pandemiyasının sürətlə yayılması səbəbiylə bütün təhsil müəssisələrinin qapadıldığını, o cümlədən Qax rayonunun da pandemiya üzrə qırmızı zona elan olunduğu bir dövrdə müəllim kollektivini bu və ya digər səbəblə məktəbə çağırmaq və onların qapalı məkanda toplaşmasına səbəb olmaq kobud qanun pozuntusudur. Ümid edirik, Qax rayon İcra Hakimiyyəti və yerli Təhsil Şöbəsi bu kimi hallarla daha effektiv mübarizə aparacaqlar.