Qaxda itkin düşən şəxsin yanmış meyiti tapılıbbackend

Qaxda itkin düşən şəxsin yanmış meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un yerli bürosuna təsdiq edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.