Qaxda məscidlər uçub dağılır: icra başçısı heç bir tədbir görmürbackend

Qaxda məscidlər uçub dağılır: icra başçısı Musa Şəkiliyev heç bir tədbir görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdir Qax rayonunda məscidlərin qəzalı vəziyyətdə olması və dağılması ilə bağlı faktlar ölkə mətbuatında və sosial şəbəkələrdə yayılmaqdadır.

Editor.az xəbər verir ki, ötən gün Qax rayonunda yağan güclü yağışlar illərdir qəzalı vəziyyətdə olan Qaratala kənd məscidinin tamamən dağılmasına səbəb olub.

Qax rayon İcra Hakimiyyəti və yerli qurumlar məsələyə biganə yanaşmaqda davam edirlər. Qaxda olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qaratala kəndində olub və kənd məscidinin dağılmasını növbəti dəfə gündəmə gətirib.