Qaxda Şəhid ailəsi bu vəziyyətdə yaşayır: icra başçısı Musa Şəkiliyevin Şəhid ailələrinə zülmü davam edirbackend

Qaxda Şəhid ailəsi bu vəziyyətdə yaşayır: icra başçısı Musa Şəkiliyevin Şəhid ailələrinə zülmü davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük İkinci Qarabağ Müharibəsində Qax rayonundan 29 nəfər Şəhid olub. Onlardan biri də Qapıçay kəndindən olan Şəhid Samsun Babayevdir. Şəhid ailəsinin yaşayışı görənləri heyrətə gətirir – ailə gildən tikilmiş evdə yaşayır, uşaqlar torpaq döşəmədə yatır, evin damı uçmaq təhlükəsi ilə üzləşib.

Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev isə Şəhid ailəsinə heç bir diqqət və qayğı göstərmir. Bu baxımdan əlavə şərh vermədən Şəhid Samsun Babayevin ailəsinin yaşadığı şəraiti göstəririk ki, heç olmasa vicdanlar susmasın.