Qaya uçub yolu bağladı: 53 kəndlə əlaqə kəsildibackend

Qaya uçub yolu bağladı: 53 kəndlə əlaqə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Dağıstanda qaya uçaraq yolu bağlayıb və 53 kəndə yol əlaqəsi kəsilib.

“Çarodinski və Qunibski rayonlarının sərhəddində, Kullab kəndi yaxınlığında, Qunib-Tsurib respublika magistralında qaya uçması baş verib. Çarodinski rayonunun 53 yaşayış məntəqəsi yol əlaqəsindən məhrum olub”, – Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat verib

Nəqliyyat əlaqəsi olmayan yaşayış məntəqələrinin ümumi əhalisi 14 min nəfərdən çoxdur. Yolun hərəkət hissəsini təmizləmək üçün hadisə yerinə mütəxəssislər qrupu göndərilib.

//Samir Qurbanov, Editor.az