Qayınatası tərəfindən qətlə yetirildiyi deyilən 35 yaşlı Hafizənin FOTOSUbackend

Qayınatası tərəfindən qətlə yetirildiyi deyilən 35 yaşlı Hafizənin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 13-də Tərtər rayonunda öldürülən 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın fotosu yayılıb.

Oxu.Az xatırladır ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.