Qaynanası ərəb kişi ilə evlənən azərbaycanlı qadının BAŞINA OYUN AÇDI – FOTObackend

Qaynanası ərəb kişi ilə evlənən azərbaycanlı qadının BAŞINA OYUN AÇDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərəb qaynana azərbaycanlı gəlinini evdən qovub, iki uşağını əlindən alıb.

Bunu Xəzər televiyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan Aybəniz bildirib.

O bildirib ki, qaynanası iki uşağımı da əlindən alıb: “Mən ərəblə İstanbulda tanış olmuşam. Qaynanam 3 aylıq südəmər uşağımı alıb dedi ki, bu qızımın uşağı olacaq. 1 il 6 aylıq uşağımı da öz oğluna verdi. Oğlum doğulandan qaynım bildirir di ki, o mənim 3-cü uşağımdı. Vizamın vaxtı bitdiyinə görə ölkədən çıxarıldım. Qaynanam və bütün ailə məni sosial şəbəkədə əngəlləyib. O, anama səs göndərib ki, qızın getsin bir kasıb azərbaycanlı tapıb evlənsin. Həyat yoldaşımla 2 il yarım bir yerdə yaşadım. Heç bir problemimiz yox idi. Bəlkə də əvvəlcədən planlanmışdı. Amma hiss etmədim. Ərəblərdə 30 yaşdan aşağı olanlar qanuni nikaha girə bilməzdi. Həyat yoldaşımın da 28 yaşı olduğuna görə rəsmi nikaha girmədik”.