backend

Qaynını güllələyən şəxsə 17 il həbs cəzası istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Elçin Qəmbərovun cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.
Prokuror E.Qəmbərova 17 il həbs cəzası istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses aprelin 17-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi bina 12-nin qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı, 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb. Bundan sonra Elçin özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb.
Hadisədən sonra polis Elçin Qəmbərovu saxlayıb. Cəmaləddin Əliyev isə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, onu xilas etmək mümkün olub.
///APA