Qazax dili ilə bağlı yersiz zarafatına görə Qazaxstan millisinin baş məşqçisi Stanislav Çerçesov cərimələndibackend

Qazax dili ilə bağlı yersiz zarafatına görə Qazaxstan millisinin baş məşqçisi Stanislav Çerçesov cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi rusiyalı Stanislav Çerçesovu 738 min tenge (1500 dollar) məbləğində cərimələyib.

Buna səbəb onun qazax dili ilə bağlı yersiz zarafatı olub.

Hadisə oktyabrın 13-də Millətlər Liqasında Qazaxıstan – Sloveniya oyunundan sonra baş verib. Parisin PSJ futbol klubunun köynəyində olan jurnalist məşqçiyə qazax dilində sual verib. Çerçesov ondan “indi fransızca danışıb-danışmadığını soruşub. Beləliklə də məşqçi qazax dilinə hörmətsizlikdə ittiham olunub.

Turizm və İdman Nazirliyi idman federasiyalarını “dövlət rəmzlərinə və milli dəyərlərə hörmətlə yanaşmağa, onlara ünvanlanan hər hansı nalayiq ifadələri istisna etməyə” çağırıb”, – deyə “Azadlıq” radiosunun qazax xidməti məlumat yayıb.

//Samir Qurbanov, Editor.az