Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində minaya düşən şəxsin ayağı amputasiya olunub.
Editor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb
Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.