Qazaxda narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTObackend

Qazaxda narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Pərviz Əhmədov saxlanılıb.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və çəkilərdə olan “heroin” aşkar edilərək götürülüb.

Şübhəli şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

//İlham, Editor.az