“Qazaxın 4 kəndinin taleyi də delimitasiya kommisiyalarının növbəti iclasında aydınlaşacaq”- ŞƏRHbackend

“Qazaxın 4 kəndinin taleyi də delimitasiya kommisiyalarının növbəti iclasında aydınlaşacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında delimitasiya məsələsində böyük irəliləyişlər əldə olunur. Qazaxın 4 kəndinin qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda Azərbaycana qaytarılması delimitasiya məsələsindəki uğurları özündə ehtiva edir və qarşılıqlı addımların bundan sonra da davam edəcəyini nümayiş etdirir. Azərbaycanla Ermənistan arasında rəsmi olaraq təsdiq edilmiş dövlət sərhədləri var ki, SSRİ dağıldıqdan sonra ilk dəfə iki dövlət bu məsələdə hansısa vacib bir məcraya gələ bilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında delimitasiya məsələsində bir xeyli aydın olmayan və anlaşılmayan nöqtələr də mövcuddur:

“Bu bir qədər vaxt aparan bir məsələdir. Qazaxın 4 kəndinin taleyi delimitasiya kommisiyalarının bundan sonrakı iclasları fonunda müzakirə ediləcək. Müzakirələr davam etdikcə digər məsələdə də müəyyən mənada anlaşmalar əldə ediləcək. Bunun üçün isə Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycanla danışıqlarda əlavə şərtlər irəli sürməməlidir. Çünki Ermənistanın hansısa qondarma xəritələrdən bəhs etməsi iki ölkə arasında danışıqların sonrakı mərhələlərini xaosa aparır. Qazaxın 4 kəndinin taleyi də Azərbaycanla Ermənistan arasında delimitasiya kommisiyalarının növbəti iclasında aydınlaşacaq. Bu məsələlərdə çox da çevik reaksiya gözləmək doğru deyil, çünki delimitasiya və demakrasiya prosesi kifayət qədər vaxt aparır”.

//Gülnarə Abasova, Editor.az