“Qazaxın 7 kəndi Azərbaycana qaytarılmalıdır əks təqdirdə…”- Hərbi ekspertbackend

“Qazaxın 7 kəndi Azərbaycana qaytarılmalıdır əks təqdirdə…”- Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın (ilkin variantında) 2-ci bəndində Qazaxın işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd olunub. Lakin bu bəyanatın imzalanmasından xeyli müddət keçməsinə baxmayaraq bu istiqamətdə dəyişən birşey yoxdur.

Qazaxın 7 kəndi nə vaxt qaytarılacaq?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Qarabağda son vəziyyəti  üç tərəfli bəyanatda göstərilən tərəflərin qarşılıqlı öhdəliklərinin bu istiqamətdə yerinə yetirilib-yetirilməməsi kontekstində qiymətləndirməliyik:

“Üçtərəfli bəyanatın müddəlarını incələsək görərik ki, Azərbaycan tərəfinin Ermənistan tərəfi qarşısında qoyduğu öhdəliklərin 3 strateji məqsədi hələ yerinə yetirilməyib. 3 strateji məqsəd ondan ibarətdir ki, birincisi, Qarabağda məskunlaşmış qanunsuz hərbi birləşmələrin tam çıxarılması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyasının qarşılıqlı razılaşma yolu ilə həll olunması, xüsusilə də Qazaxın 7 kəndi bu kontekstdə qiymətləndirilməlidir. Üçüncü strateji məqsədimiz isə Zəngəzur dəhlizinin açılmasıdır. Qarabağda və sərhəd bölgəsində Ermənistanla olan vəziyyəti bu 3 əsas strateji hədəfimizin yerinə yetirilib-yetirilməməsi müəyyən edəcək. Ermənistan üç tərəfli bəyanata imza atıbsa, bunlara əməl etməlidir. Əməl etməkdə də bəzi zaman udmasına hesablanmış addımlar atırlar. Yumuşaq güclə Azərbaycanın buna nail olmaması yönümündə provakasiya  edirlər. Nəticədə isə Azərbaycanı “hardpower” kəskin güc tətbiq etməyə məruz qoymaq istəyirlər. Sülh sazişi ilə bu şərtlərə əməl etməsələr, Azərbaycan “Dəmir yumruğ”u yenidən işə salacaq. Bunu “Qisas” əməliyyatında da gördük. Bu bizim haqqımızdır”.

Ekspertin sözlərinə görə, Azərbaycan nə qədər istəklərimizə nail olmaq üçün tələssə də bu mərhələ-mərhələ baş verir:

“Ermənilər də maksimum bunun vaxtını uzatmaqla əlavə zaman qazanmaq istəyir. Onlar düşünür ki, bu istiqamətdə Azərbaycanın qarşıya qoyduğu tələblər xüsusilədə 5 maddə ilə Azərbaycanın təqdim etdiyi sülh sazişi ilə bağlı hədəflərinə adekvat cavab versələr Ermənistan baş naziri, hökuməti öz səlahiyyətini itirmiş olacaqlar. Ona görə də bu formada oyunlara əl atırlar. Bu da onların əleyhinə işləyir. Ermənistan sülh yolu ilə yanaşmadıqca Azərbaycan güc vasitəsilə bunu onlara məcburetmə səlahiyyətini özündə saxlayır. Qarabağ ərazisində baş verənlər məsələn Laçın dəhlizinin yeni marşuruta köçürülməsi, sülhməramlıların həmin marşurut boyunca yerləşdirilməsi, Laçından Zabux, Sus kəndindən ermənilərin köçürülməsi bu kontekstdə qiymətləndirilməlidi. Strateji hədəflərimizə mərhələ-mərhələ atılan addımlarımızın nəticəsidir”.

Hərbi ekspert qeyd edir ki, ermənilər də kompleksə girərək Qarabağda meşədə yanğınlar törədirlər, evləri yandırırlar bu da onların şüuraltı zədələridir: “İllərlə Azərbaycana qarşı formalaşdırdıqları düşmənçiliyin sahəyə yansımasıdır.
Bu yanğınlar Azərbaycanı dayandırmaz, əhalimiz oraya gedəndə həmin ərazilər yenidən bərpa olunacaq.
Qazaxın 7 kəndinin qaytarılması məsələsinə gəldikdə isə iki tərəfli dövlət sərhədinin tanınması kommisyaları yaradılıb. Bu istiqamətdə işlər aparılır. Bu sülh sazişinin predimentidirsə həmin 7 kənd Azərbaycana qaytarılmalıdır. Növbəti mərhələdə Azərbaycan, Ermənistan və Türkiyənin qarşılıqlı siyasi- iqtisadi əlaqələrinin bərpası yalnız bundan keçəcək. Bunun ermənilər üçün başqa alternativi yoxdur”.

//Safura Bənnayeva, Editor.az