Qazaxın icra başçısı axıska türklərinə niyə başsağlığı verdiyini açıqlamadan xəbəri saytdan sildirdi — FOTObackend

Qazaxın icra başçısı axıska türklərinə niyə başsağlığı verdiyini açıqlamadan xəbəri saytdan sildirdi — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 13-də Qazax rayonun icra başçısı Rəcəb Babaşovun Orta Salahlı kəndində yaşayan axıska türkləri ilə görüşərək onlara Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verməsi ciddi tənqid edilib. Sosial şəbəkələrdə Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən xəbər paylaşılır, icra başçısının axıska türklərinin tarixindən xəbərsiz olduğu deyilir.

Məsələ ilə bağlı Pravda.az Qazax RİH-ə sorğu göndərib.

RİH sorğuya heç bir cavab vermədən qısa müddət sonra rəsmi saytda yerləşdirilən məlum xəbəri silib.

Saytımızın əməkdaşı bunun səbəbini öyrənmək üçün Qazax RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova ilə əlaqə saxlayıb. S.Qurbanova zəngə cavab versə də,  sualı eşitmədən telefonu əməkdaşımızın üzünə bağlayıb.