Qazaxıstan: “ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına əməl etməlidir”backend

Qazaxıstan: “ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına əməl etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan ABŞ və Aİ-nin Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalarını dəstəkləmir, lakin ölkənin maraqlarına cavab verdiyi üçün onlara əməl edəcək.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin müavini Serik Jumanqarin brifinqdə bildirib. O qeyd edib ki, bu sanksiyalar Qazaxıstana çox təsir edib, çünki bir çox logistika və ticarət zəncirləri qırılıb: “Biz koalisiyanın üzvü deyilik, biz bu sanksiya siyasətini birtərəfli dəstəkləmirik, lakin iqtisadi baxımdan bizim üçün faydalı olduğu üçün ona əməl edəcəyik”.

Baş nazirin müavini vurğulayıb ki, Qazaxıstan iqtisadiyyatı kiçikdir, ona görə də ölkə sanksiyaların təzyiqinə tab gətirə bilməz.

//Gülnarə Abasova, Editor.az