Qazaxıstan aviaşirkətləri Ermənistana birbaşa uçuşlar həyata keçirə bilərbackend

Qazaxıstan aviaşirkətləri Ermənistana birbaşa uçuşlar həyata keçirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumangarin bildirib ki, Qazaxıstan aviaşirkətləri Ermənistana birbaşa uçuşlar həyata keçirməyə başlaya bilər, lakin vacib bir şərt yerinə yetirilməlidir.

O, birbaşa uçuşların bərpasının vacib məsələ olduğunu qeyd edərək, bu cür uçuşların əvvəllər həyata keçirildiyini, lakin hazırda müvəqqəti olaraq dayandırıldığını xatırladıb. “Problem ondadır ki, Yerevan hava limanında xidmət çox bahadır”– Serik Jumangarin deyib.

Nazirin sözlərinə görə, bu, adambaşına 65 dollara, təyyarə yanacağının isə bir tonuna 1248 dollara başa gəlir. Rəsmi şəxs vurğulayıb ki, bu qiymətlərdə subsidiyalar zəruridir və bu məsələ müzakirə olunur: “Həm SCAT, həm də FlyArystan bu şərtlər altında uçuşlara başlamağa hazırdır.”, – Serik Jumangarin bildirib.

//Samir Qurbanov, Editor.az