Qazaxıstan polisi 6 uşaq atasını evindən apardı- 8 gün sonra meyiti tapıldı…backend

Qazaxıstan polisi 6 uşaq atasını evindən apardı- 8 gün sonra meyiti tapıldı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məhkəməsiz və istintaqsız qətlin əsası nədir? Nə isə günahı olsa belə, onun günahını sübut edən istintaq, məhkəmə hökmü hanı?..”
Qazaxıstandakı son faciəvi olaylardan sonrakı repressiyalar barədə xəbərlər səngimir.
“Yanvarın 9-da polis əməkdaşları həyat yoldaşı Jasulan Anafiyayevi apardıqdan sonra özünə yer tapmayan Almatı sakini, çox uşaq anası Gülziya Ömərbayevanın ən dəhşətli qorxusu gerçəkləşib. Bir həftədən artıqdır ki, şəhər polis şöbəsində ərini axtaran Gülziyyə dünən – yanvarın 17-də ərinin meyitini morqdan tapıb”.
Moderator.az bu haqda  Rusiya mediasına istinadla  xəbər verir.
“Gülziyanın həyat yoldaşı dindar olub, ömrü boyu bütün ailə İslam adət-ənənələrinə sadiq yaşayıb”- deyə sosial şəbəkələrdə tanış ailələr, vətəndaş fəalları yazır.
“Məhkəməsiz və istintaqsız qətlin əsası nədir? Nə isə günahı olsa belə, onun günahını sübut edən istintaq, məhkəmə hökmü hanı? – qəzəblənmiş tanınmış vətəndaş fəalı İrina Kim soruşur.
Həyat yoldaşının dediyinə görə,  yanvarın 4-də meydanda olub, amma sonra evə gəlib və neçə gün evdən çıxmayıb. Saxlanılan gün – ayın 9-da isə yeni xəbərləri öyrənmək üçün qonşuya gedib.  Orada onu həbs ediblər. Sonradan məlum olub ki, Jasulanın meyiti ayın 12-də morqa gətirilib.
“İndi onu dini ekstremist, Qazaxıstana hücum edən “20 min əcnəbi döyüşçünün” şəriki kimi qələmə verə bilərlər”- deyə həbslərin miqyasından qəzəblənən internet istifadəçiləri yazır.