Qazaxıstan Prezidenti: pandemiya 2 il davam edə bilərbackend

Qazaxıstan Prezidenti: pandemiya 2 il davam edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev pandemiyanın ən azı 2 il davam edəcəyini açıqlayıb. Qazaxıstan Prezidenti xalqa müraciəti çərçivəsində bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanı məğlub etmək üçün iki il lazım olacağını proqnozlaşdırır. Kasım-Jomart Tokayev 2023-cü ilə qədər pandemiyaya qarşı mübarizə üçün 1 trilyon təngə ayrılacağını bildirib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə başçısı, həmçinin Fövqəladə Hallar Nazirliyinin yenidən yaradılmasını da təklif edib.

“Təbii və texnogen fəlakətlər dövründə yaşadığımızı nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyini yenidən yaratmağın vacibliyini təklif edirəm”, – deyib.

Qeyd edək ki, 2014-cü ilin avqust ayından ölkədə FHN ləğv olunaraq səlahiyyətləri Daxili İşlər Nazirliyinə verilmişdi.

Bundan başqa prezident ölkənin yeni iqtisadi kursunun əsas prinsiplərini də açıqlayıb.