Qazaxıstan “Təhlükəsiz ölkə” milli layihəsi çərçivəsində Rusiya ilə sərhəddə 20 sərhəd zastavası tikir.
Editor.az bildirir ki, bunu Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sərhəd Mühafizəsi İdarəsinin rəisinin birinci müavini Serik Axmetkaliyev deyib.
Onun sözlərinə görə, ümumilikdə layihə 50 sərhəd zastava kompleksinin tikintisini nəzərdə tutur. Respublikanın cənub sərhədlərində də üç modul tipli zastava tikilir. Axmetkaliyev qeyd edib ki, son beş ildə ölkənin cənub-qərbində 15 modul tipli sərhəd zastavası istifadəyə verilib.
Bundan başqa, yaxın iki ildə 46 avtomobil sərhəd-keçid məntəqəsinin yenidən qurulması nəzərdə tutulur, – deyə idarə rəisinin birinci müavini Qəni Ağadilov bildirib. O qeyd edib ki, əsas keçid məntəqələrinin, o cümlədən Rusiya Federasiyası ilə sərhəddə yerləşən məntəqələrin yenidən qurulması yaxın iki ildə həyata keçiriləcək.
“Buraya keçid məntəqələrində hərəkət zolaqlarının genişləndirilməsi, sərhədçilərin xidməti, insanların və nəqliyyat vasitələrinin rahat keçməsi üçün yeni bina və tikililərin tikintisi daxildir.
Sərhəd nəzarəti, qeyri-təmassız (əlaqəsiz) yoxlamanın texniki vasitələri quraşdırılacaq”, rəis müavini bildirib.
//Samir Qurbanov, Editor.az