Qazaxıstan Bersuat çayının daşması səbəbindən Rusiya ilə sərhəddə yerləşən Jelkuar sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Büdcə Müəssisəsi “Rosqrantstroy” özünün Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilir: “Qazaxıstan tərəfində Bersuat çayının daşması ilə əlaqədar olaraq, bitişik Jelkuar avtomobil buraxılış məntəqəsindən (Rusiya tərəfində – Mariinski) insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti 27 mart 2026-cı il tarixindən etibarən müvəqqəti dayandırılıb.”
Bununla yanaşı, Çelyabinsk vilayətində, sərhədin Rusiya tərəfində yerləşən Mariinski keçid məntəqəsindən də keçidin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

