Qazaxıstan Rusiya ilə Ukrayna arasındakı mübahisənin sülh yolu ilə həllinə çağırırbackend

Qazaxıstan Rusiya ilə Ukrayna arasındakı mübahisənin sülh yolu ilə həllinə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətində yaranmış vəziyyətlə əlaqədar Qazaxıstan hakimiyyəti Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllinə çağırır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. Onun sözlərinə görə, Qazaxıstan həmişə münaqişələrin yalnız sülh yolu ilə həll edilməsinin tərəfdarı olub və bütün ölkələr dövlətlərin ərazi bütövlüyü prinsipini aydın şəkildə təsbit edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə əməl etməlidir.

Smadiyarov vurğulayıb ki, Astana beynəlxalq ictimaiyyətin qarşılıqlı məqbul həll yollarının konstruktiv axtarışı istiqamətində istənilən səylərini alqışlayır.

//Gülnarə Abasova, Editor.az