Qazaxıstan Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ marşuratlar axtarırbackend

Qazaxıstan Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ marşuratlar axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan öz neftini Xəzər və Qara dənizləri vasitəsilə nəql etmək üçün aktiv olaraq tankerlər alır.

Editor.az “Bloomberg”ə xəbər verir ki, Mərkəzi Asiyanın ən böyük neft istehsalçısı olan ölkə Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ axtarır. “KazMunayQaz”ın bölməsi artıq neftin Xəzər dənizi ilə nəqli üçün iki tanker alıb.

Qara dənizdə istismar üçün daha iki gəminin alınması planlaşdırılır. Materiala görə, Qazaxıstan hakimiyyəti və ölkənin ən böyük dövlət şirkətlərinin rəhbərliyi neftin nəqli marşrutlarının alternativ variantlarını öyrənir.

Bu, Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumunun ölkədən neft ixracı üçün ən sərfəli marşrut olaraq qalmasına baxmayaraq həyata keçirilir.

//Samir Qurbanov, Editor.az