Qazaxıstan “Taliban”ı terror təşkilatları siyahısından çıxartdıbackend

Qazaxıstan “Taliban”ı terror təşkilatları siyahısından çıxartdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan hakimiyyəti “Taliban” təşkilatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Editor.az bildirir ki, bunu ölkə diplomatiyasının mətbuat katibi Aybek Smadiyarov deyib. “Kazinform” agentliyinə müsahibəsində bu qərarla bağlı sualı cavablandıran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Qazaxıstan BMT praktikasına uyğun olaraq qadağan olunmuş təşkilatların milli siyahısını yeniləmək üçün mütəmadi olaraq nəzərdən keçirir və bu prosesin bir hissəsi kimi müvafiq qərar qəbul edilib.

“BMT Təhlükəsizlik Şurasının məcburi qətnamələrinə əsasən, “Taliban” hərəkatı BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilatlar siyahısına daxil edilməyib”, – Smadiyarov deyib. O, Astana ilə “Taliban” arasında təmaslardan danışaraq qeyd edib ki, Qazaxıstan BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qəbul etdiyi qərar və qətnamələrə əməl edəcək.

//Samir Qurbanov, Editor.az