Qazaxıstan və Almaniya neft tədarükü müqaviləsini uzadıbbackend

Qazaxıstan və Almaniya neft tədarükü müqaviləsini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstandan Almaniyaya neft tədarükü ilə bağlı müqavilənin müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.

Editor.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi xəbər verib. Nazirlik bildirib ki, Qazaxıstan neftinin Rosneft Deutschland GmbH (RDG) şirkətinə tədarükü 2023-cü ilin fevralında başlayıb. Qazaxıstan, Almaniya və Rusiya arasında Transneft PJSC sistemi ilə nəqlə dair razılaşmalar çərçivəsində Atırau-Samara neft kəməri ilə “Drujba” sistemi ilə ildə 1,2 milyon tona qədər neftin tədarükünə dair razılıq əldə olunub. Energetika Nazirliyindən verilən açıqlamada deyilir: “Sentyabr ayında tədarük müqaviləsi 2025-ci ilin sonuna qədər uzadılıb”.

Qeyd edək ki, avqustun ortalarında İtaliyanın Eni şirkətinin törəmə şirkəti Qazaxıstan neftini Almaniyaya nəql etməyə başlayıb. “Vedomosti” qəzetinin yazdığı kimi, tədarüklər Rusiya Federasiyası ərazisindən keçən “Drujba” kəməri ilə “Agip Caspian Sea” şirkəti tərəfindən həyata keçirilir. 2024-cü ilin iyun ayında tədarük həcmi 20 min tona çatıb. Nəqliyyat həm də Yaponiyanın Inpex şirkəti və Karaçanak Petroleum Enterprises-in törəmə şirkəti tərəfindən həyata keçirilir.

//Gülnarə Abasova, Editor.az