Qazaxıstan və Türkmənistan hava əlaqəsini bərpa edirbackend

Qazaxıstan və Türkmənistan hava əlaqəsini bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin (SİİN) Mülki aviasiya komitəsinin Türkmənistan tərəfi ilə birgə Qazaxıstan və Türkmənistan arasında hava əlaqəsinin bərpası məsələsi həllini tapıb.

Bu barədə SİİN-in Mülki aviasiya komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Türkmənistan” aviaşirkəti cari ilin martın 26-dan iki ölkə arasında müntəzəm sərnişin reyslərini bərpa etməyi planlaşdırır.

Qeyd olunub ki, uçuşlar Almatı-Aşqabad marşrutu üzrə həftədə 2 reys tezliyi ilə çərşənbə axşamı və cümə axşamı günləri “Boeing-737” təyyarələri ilə həyata keçiriləcək./report