Qazaxıstan hakimiyyəti Qəzzadan öz vətəndaşlarını təxliyə etməyə başlayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat yayıb.
“Bu gün Qəzza zolağından vətəndaşlarımızın təxliyyə prosesinə başlanılıb. 44 vətəndaşdan ibarət birinci qrupun təxliyyəsinin bu il noyabrın 13-də həyata keçirilməsi planlaşdırılır. Bu qrupa 40 Qazaxıstan vətəndaşı və onların üzvü olan 4 əcnəbi daxildir”-,deyə bildirilib.
Qeyd edək ki, noyabrın 12-də Ər-Riyadda İslam sammitində çıxış edən Qazaxıstanın xarici işlər naziri və baş nazirin müavini Murat Nurtleu Misirdən Qəzzada olan bütün Qazaxıstan vətəndaşlarının azad edilməsini istəyib.
//Gülnarə Abasova, Editor.az

