Qazaxıstanda baş verən HADİSƏLƏR: “Bu, nə Qərbin, nə də Rusiyanın oyunudur”backend

Qazaxıstanda baş verən HADİSƏLƏR: “Bu, nə Qərbin, nə də Rusiyanın oyunudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanda baş verən hadisələr Qazax xalqının milli qüvvələrinin bütün istismarçı qüvvələrə və diktator rejiminə qarşı üsyanıdır. Bu, nə Qərbin, nə də Rusiyanın oyunudur. Qazaxıstandakı hakimiyyət zatən Qərbyönümlü idi. Qərbin bunu etməsi məntiqsizdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitikin sözlərinə görə, Rusiya postsovet məkanında hər yerdə olduğu kimi Qərbyönümlü hakimiyyətlərin idarəçiliyə gəlməsinə mane olmur:

“Yaxşı başa düşür ki, bu, tək bir qrup insanın istəyi deyil. Bu, bir xalqın böyük hissəsinin istəyidir. Odur ki, ilk vaxtlar buna loyal yanaşır, sonra isə xalqın buna inamını qırmaq üçün addımlar atır. Xalq bu yoldan bir nəticə olmadığını görüb, müqaviməti qırılandan sonra Rusiya oyuna girir. Rus əhalinin təhlükəsizliyini qorumaq adı altında əraziyə ordu yeridir və ya separat ocaqları yaradır. Qazaxıstandakı hadisələr fəhlələrin iştirakı ilə başlayıb və onlara orta sinif nümayəndələri də qatılıb. Fəhlə-ziyalı üsyanı qələbə çalmaq üçün ən məqbul yol hesab edilir ki, bunun da artıq nəticələri görünür. Hakimiyyət istefa verib, tələbləri yerinə yetirilib, amma məsələ bununla bitmir. Məsələ sistemin dəyişməsidir. Hesab edirəm ki, hadisələrdə Qazax xalqı tam qələbə çalıb, Nazarbayev təkhakimiyyətliliyinə son verənə kimi davam edəcək. Rusiya vəziyyətdən istifadə edib, Putinin dediyi: “Qazaxıstana hədiyyə edilən torpaqlara” sahib çıxa bilər, amma Qazax xalqı da Ukrayna xalqı kimi torpaq itirsə də, birdəfəlik rus boyunduruğundan azad ola bilər. Son nəticədə isə Rusiya uduzar. Qərbin istədiyi də budur”.

//Gülnarə Abasova, Editor.az