Qazaxıstanda daşqın zonasından 108 mindən çox insan təxliyə edilibbackend

Qazaxıstanda daşqın zonasından 108 mindən çox insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda daşqın zonasından 3 mindən çox insan xilas edilib, 108 mindən çox insan təxliyə edilib.

Editor.az Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, 5411 fərdi yaşayış binası və 1607 həyətyanı sahə su altında qalıb. Departamentdən bildirilib ki, 12 minə yaxın insan öz evlərinə qayıdıb. Xilasetmə işlərində 33 min nəfər və dörddən çox texnika, o cümlədən 11 təyyarə iştirak edir. Zərər çəkmiş rayonlara 1400 ton humanitar yardım çatdırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, daşqınlar respublikada son 80 ildə ən böyük fəlakətdir. On rayonda fövqəladə vəziyyət elan edilib.

//Samir Qurbanov, Editor.az