Avqustun 2-də axşam saatlarında Qazaxıstanda 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Yeraltı təkanlar yerli vaxtla saat 23:15-də Şərqi Qazaxıstan vilayətində qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
//Samir Qurbanov, Editor.az