Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaqbackend

Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın “Qazaqstan” dövlət telekanalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənədli film nümayiş olunacaq.

Editor.az xəbər verir ki, telekanalın məlumatına görə, “Xoşbəxt həyat” (“Ғазиз ғұмыр”) adlı film Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Heydər Əliyevin nailiyyətlərindən bəhs edir.

Müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, ümummilli liderin 100 illiyinə həsr olunmuş layihədə iki ölkənin siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri əks olunub.

Filmin çəkilişləri Astana, Aktau və Bakı şəhərlərində baş tutub. Filmin premyerası aprelin 9-da “Qazaqstan” telekanalında nümayiş olunacaq. /TREND