Qazaxıstanda koronavirusa daha 796 nəfər yoluxubbackend

Qazaxıstanda koronavirusa daha 796 nəfər yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 796 yoluxma halı qeydə alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 204 055 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 187 545 nəfəri sağalıb, 2 540 nəfəri isə vəfat edib.