Qazaxıstanda pedofiliyada ittiham olunanlara kimyəvi axtalama tədbirləri başlayırbackend

Qazaxıstanda pedofiliyada ittiham olunanlara kimyəvi axtalama tədbirləri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda oktyabrın 17-dən pedofiliyaya görə məhkum edilən şəxslərə kimyəvi axtalama tətbiqinin yenilənmiş qaydaları qüvvəyə minəcək.

Səhiyyə nazirinin əmri ilə qaydalara edilən dəyişikliklərə əsasən, kimyəvi axtalama məhkəmənin qərarı ilə məhkum azadlıqdan buraxılmasına altı ay qalmış tətbiq ediləcək. Bu tədbir yalnız 18 yaşdan yuxarı, yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlər törətmiş şəxslərə şamil olunur.

Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək. Sənəddə qeyd olunur ki, “məcburi tibbi xarakterli tədbir azadlıqdan məhrumetmə cəzasını çəkən şəxslərə münasibətdə cəzaçəkmə müəssisəsində, digər hallarda isə ambulator psixiatrik yardım göstərən tibb müəssisəsində icra edilir”.