Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) xüsusi əməliyyat zamanı terrorizm, adam oğurluğu, qəsb, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə əlaqəli səkkiz qrupu zərərsizləşdirib.
Editor.az İdarənin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, 2024-cü il fevralın 17-də Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əlaqələndiricisi ilə keçirilən xüsusi əməliyyat zamanı müxtəlif regionlarda, o cümlədən Aktobe, Atırau, Şərqi Qazaxıstan, Cambil , Qərbi Qazaxıstan, Türküstan, Jetısu vilayətləri, eləcə də Çimkent şəhərində səkkiz qrupu zərərsizləşdirilib. Şübhəlilər bir neçə işdə təhrif edilmiş dini qanunlarla cinayətkar hərəkətlərə haqq qazandırıblar.
Ümumilikdə 49 axtarış nəticəsində odlu silah, döyüş sursatı, dini materiallar, nağd pul və narkotik vasitələr götürülüb. Xüsusi əməliyyatda 250 təhlükəsizlik qüvvəsi iştirak edib.
//Samir Qurbanov, Editor.az

