Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıbbackend

Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.

“Qızılorda vilayətində “Tan-Kumkol” istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar”, – nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.