Qazaxıstanda zəlzələ baş veribbackend

Qazaxıstanda zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan seysmik stansiyalarının mütəxəssisləri respublikanın Cambıl vilayətində zəlzələ qeydə alıblar.

Editor.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, yeraltı təkanlar saat 11:14 (Moskva vaxtı ilə 09:14) radələrində, episentri Almatı şəhərindən 308 km qərbdə qeydə alınıb. Maqnitudası 5,3 olan zəlzələnin enerji sinfi 10,2 olaraq müəyyən edilib. Bildirilib ki, Merke kəndinin sakinləri zəlzələni hiss ediblər və burada zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 2 bala çatıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, tələfat və dağıntı yoxdur.

//Gülnarə Abasova, Editor.az