backend

Qazaxıstandakı “Azərbaycan Cəmiyyəti” Bakı ilə Astananın arasını vurur?-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Respublikasında diaspor təşkilatı adı altında fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti” adlı qurumla bağlı sensasion məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, adıçəkilən təşkilat Qazaxstanda Azərbaycanın maraqlarını qorumaq, iki ölkə arasında münasibətlərin inkişafınasəy göstərmək əvəzinə rəsmi Bakı ilə Astananın arasını vurmaqla məşğuldur.
Bildirilir ki, “Azərbaycan Cəmiyyəti”ndə birləşən şəxslər Azərbaycan dövlətinin maraqlarına xidmət edəcək hər hansı addım barədə düşünmək belə istəmirlər. Hətta onların arasında elələri var ki, daim ölkəmizin əleyhinə danışmaqdan belə çəkinmirlər. Başqa iddialara görə, adıçəkilən təşkilat Qazaxstan prezidenti Nursultan Nazarbayevə qarşı olan siyasi qruplarla işbirliyindədir. Azərbaycanın adından çıxış edən bir diaspora təşkilatının bu addımı rəsmi Bakı ilə Astana arasında münasibətlərə ciddi xələl gətirə bilər. Lakin deyəsən “Azərbaycan Cəmiyyəti”ndə bu barədə düşünmək istəmirlər.
Məlumatlarda həmçinin bildirilir ki, bu təşkilata yaxın olan şəxslərdən biri Qazaxstanın xalq yazıçısı Sabit Mukanovun adını daşıyan parkı zəbt edib. Əldə etdiyimiz dəqiq məlumatlara görə “qəhrəmanın” adı Əbulfəz Xamutayev adlı şəxsdir. Həmin şəxsin orada obyekt tikdirdiyi və bunun yerli sakinlər tərəfdindən sərt təpki ilə qarşılandığı bildirilir.
Onu da nəzərinizə çatdıraq ki, Ebulfəz Xamutayev bütün vasitələrdən istifadə edərək iki xalq arasında münasibətlərin gərginləşməsindən ötrü hər şey edir. Digər bir məlumatda isə vurğulanır ki, prezident Nursultan Nazarbayevin qardaşı Bolad Nazarbayev artıq “əlaltısını” qurban vermək məcburiyyətindədir. Ən azından iki xalq arasında nifaq yaratmaq birbaşa VƏTƏNƏ xəyanətdir.
Son məlumatlara görə, başqa bir “Azırbaycan Cəmiyyətinin” sədri Qərib adlı şəxs Azərbaycan dövlətinin və rəhbərliyin ünvanına qəbuledilməz ifadələrlə çıxış edib. Bütün bunlar onu deməyə əsas verir ki, vətən çörəyini nüş edməyi bacarmayan şəxslər özlərinə qərib ölkədə vətən axtarmaq məcbiruyyətində qalıb. Unutmaq lazım deyil ki, VƏTƏN hər birimizin qurur mənbəyidir və ona xor baxan şəxslər cəmiyyət arasında böyük nifrətə layiqdir.
//Dosye.org