Qazaxıstandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA- ” Bizə heç bir aidiyyatı yoxdur”backend

Qazaxıstandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA- “Bizə heç bir aidiyyatı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində bitərəfliyini elan edib. Onlar vəziyyətin danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar.

Editor.az xəbər verir ki, bu barədə Tengrinews.kz saytının müxbiri məlumat verib.

“Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir şübhə ola bilməz”, – müdafiə nazirinin müavini Sultan Kamaletdinov senatda çıxış edərkən deyib.

Martın 2-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də işğalçı ölkənin prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

“Mən prezident Vladimir Putinlə ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı danışdım. Dedim ki, danışıqlar yolu ilə Ukraynadakı vəziyyətlə bağlı razılığa gəlmək çox vacibdir”, – Tokayev “Twitter” səhifəsində yazıb.

//Gülnarə Abasova, Editor.az