Qazaxıstanın əhalisi 20 milyona çatdıbackend

Qazaxıstanın əhalisi 20 milyona çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Tokayev sosial şəbəkədəki paylaşımı ilə ölkənin 20 milyonuncu insanını elan edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokayev bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

Qazaxıstan Statistika İnstitutu noyabrın 14-də 20 milyonuncu Qazaxıstan vətəndaşının doğulduğunu açıqlayıb.

Ərazisinə, dünyanın 9-cu ölkəsi olan və Mərkəzi Asiyada yerləşdiyinə görə Çin və Rusiya kimi ölkələrlə ortaq sərhədi olan Qazaxıstan 30 ilə yaxındır ki, əhali probleminin həllinə yönəlmiş siyasət yürüdür.

Milli Statistika İnstitutunun məlumatına görə, 1991-ci ildə müstəqilliyini elan edən Qazaxıstan əhalisi Sovet İttifaqının dağılması nəticəsində qısa müddətdə 16 milyon 793 min nəfərdən 14 milyon 867 min nəfərə qədər azalıb. Ümumi əhalisinin yalnız 40 faizinin qazaxlar olduğu ölkədə rus, alman, ukrayna və belarus əsilli insanların əksəriyyəti öz tarixi vətənlərinə köç etməyə başladılar.

Böyük bir demoqrafik böhranla üzləşən Qazaxıstan hökuməti 1920-ci illərdə Sovet İttifaqı dövründə siyasi zülm və aclıq nəticəsində ölkədən gedənlərin övladları olduğu bilinən 40-dan çox ölkədən 5 milyona yaxın qazaxı geri qaytarmağa yönəlmiş əhali siyasəti hazırladı.

Hazırda isə artıq Qazaxıstanın vətəndaş sayı 20 milyon oldu.

//Səbinə Hüseynli, Editor.az