Qazaxıstanla imzalanan Bəyannamə Azərbaycanla Aİ arasındakı münasibətləri niyə və necə möhkəmləndirəcək?backend

Qazaxıstanla imzalanan Bəyannamə Azərbaycanla Aİ arasındakı münasibətləri niyə və necə möhkəmləndirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Qasım Jomərt Toqayevin fikirlərini hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul etmək olar.

Məsələn, Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirir:

“… ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq…”.

İlham Əliyev Orta Dəhliz buraxıcılıq qabiliyyəti deyərkən nədən danışır və verdiyi mesajlar nəyə hesablanıb?

Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrutdur və yaxın 5 ildə ən strateji layihələrdən biri kimi Qərblə Şərq arasında çoxmilyardlı platformaya çevrilə bilər. 2022-ci ilin fevral ayının 24-də başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhliz müvəqqəti az əhəmiyyətli görünür. Amma müharibədən sonra tranzit yükdaşımaların həcmi artacaq, Ukraynanın sürətli bərpası prosesi aparılacaq və Asiyadan Avropaya yükdaşımalar əsasən xammal sektorunun payına düşəcək. Yükdaşımalarda enerji sektorunun payı ən yüksək həddə çatacaq.

Qasım Jomart Toqayev 2022-2025-ci illəri əhatə edən nəqliyyatın şaxələndirilməsi layihələrinə təxminən 20 milyard dollarlıq paket elan edib. Digər tərəfdən, Orta Dəhlizin pozitiv perspektivlərini nəzərə alan Azərbaycan ciddi dəstəkləyici addımlarla bu projenin tarixi və qlobal əhəmiyyətini görür.

Şərq-Qərb aşağı dəhliz, Şərq-Qərb yuxarı dəhliz, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur.

Həmçinin, Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biri məhz Qazaxıstandır. Avropa İttifaqı ilə Qazaxıstan arasındakı münasibətlər strateji səviyyədədir və Aİ ilə Azərbaycan arasındakı müsbət perspektvləri özündə ehtiva edən münasibətlərin bundan sonra daha da inkişaf edəcəyi şübhə doğurmur. Aİ Qazaxıstanı xarici ticarətin əsas favoriti hesab edir və statistik rəqəmlər də bunu isbatlayır.

Qazaxıstanla imzalanan Bəynanamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə misilsiz töhfə vermiş olacaq.

Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. 

Preizdent İ.Əliyev daha sonra qeyd edir: “Birgə Bəyannamədə (Qazaxıstanla – S.F) Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq…”.

Məncə, İ.Əliyevin hansı səviyyədə strateji qərarlar qəbul etdiyini izah etməyə lüzum yoxdur. Azərbaycan əsasən iki komponent üzrə Orta Dəhlizdə yer alırdı – dövlət olaraq və Xəzər amili üzrə… Ancaq Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycanın bütün super güclər üçün strateji müttəfiqə çevriləcək. Ən əsası, Çin, Rusiya, Türkiyə, Gürcüstan, Avropa ölkələri (Aİ) və hətta İran yaxın gələcəkdə Zəngəzurla bağlı Ermənistana “sürpriz” bəyanatlar verə bilərlər. Çünki Zəngəzur dəhlizi açılsa, Ermənistan bir dövlət kimi öz cəlbediciliyini əhəmiyyətini itirmiş olacaq.

Müəllif: Samir Feyruzov