Qazaxstan rəsmisi Rusiyanı yıxıb sürüdübackend

Qazaxstan rəsmisi Rusiyanı yıxıb sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün alət olmayacaq”.

Bunu Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin müavini Timur Suleymenov deyib. Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. Süleymanovun sözlərinə görə, “Qazaxıstan ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət olmayacaq.

Biz bu sanksiyalara əməl edəcəyik. Rusiya, Belarus və digər ölkələrlə İqtisadi İttifaqın bir hissəsi olsaq da, həm də dünya ictimaiyyətinin bir hissəsiyik. Buna görə də bizim son istədiyimiz ABŞ və Aİ-nin Qazaxıstana qarşı ikinci dərəcəli sanksiyalarıdır”, – Prezident administrasiyası rəhbərinin müavini bildirib.

O, Rusiyanın “istək siyahısına” baxmayaraq, Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb. “Əlbəttə, Rusiya bizim daha çox onların tərəfində olmağımızı istəyir. Amma Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir. Biz nə Krımla, nə də Donbassla bağlı mövcud reallığı qəbul etmirik və tanımırıq, çünki BMT onları tanımır. Biz yalnız Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qəbul edilmiş qərarları tanıyacağıq”, – deyə Süleymanov bildirib. O, həmçinin qeyd edib ki, Qazaxıstan Rusiyanın Ukraynaya təcavüzünü “müharibə” adlandırmaqdan çəkinmir. “Biz olanları öz adı ilə adlandırmaqdan çəkinmirik. Rusiya “müharibə” sözünü qadağan edən qanun qəbul etmək qərarına gəlib və bunu “xüsusi hərbi əməliyyat” adlandırır. Amma biz Qazaxıstanda bunu necə var, elə də adlandırırıq”, – Süleymanov bildirib. .

Editor.az