Qazaxıstan hökuməti Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı qərar qəbul edib.
Editor.az bildirir ki, müvafiq sənəd respublikanın normativ hüquqi aktlarının Elementar Nəzarət Bankında dərc edilib. Sənəddə deyilir: “Qazaxıstan Respublikası Hökuməti qərara alır: Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Rusiya Federasiyasındakı Qazaxıstan Respublikasının dövlət ticarət nümayəndəliyi ləğv edilsin”.
Qeyd edək ki, Rusiya və Qazaxıstan 1992-ci ilin oktyabrında nümayəndəliklərin yaradılması haqqında saziş imzalayıblar və sənəd 2012-ci ildə ratifikasiya olunub.
Ticarət nümayəndəliyi isə 2009-cu ildə Moskvada açılıb və Kazan şəhərində də nümayəndəliyi var. Qazaxıstan Sənaye və Ticarət Nazirliyi bu qərarı respublika dövlət qurumlarının işinin optimallaşdırılması ilə izah edib.
//Samir Qurbanov, Editor.az