Qazaxstan siyasi kursunu dəyişir: Tokayev inqilabi dəyişiklikləri elan etdibackend

Qazaxstan siyasi kursunu dəyişir: Tokayev inqilabi dəyişiklikləri elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan lideri Kasım-Comart Tokayev 2022-ci ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Editor.az xəbər verir ki, dövlət başçısı müvafiq bəyanatı 1 sentyabr 2022-ci il, cümə axşamı xalqa müraciətində verib. “Mənim üçün dövlətin maraqları hər şeydən üstündür” – deyən Tokayev, “ona görə də səlahiyyət müddətimi qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram”.

“Hakimiyyətin inhisarlaşdırılması” risklərini azaltmaq üçün Qazaxıstan lideri həmçinin prezidentliyin yeddi il müddətinə məhdudlaşdırılmasını təklif edib. Onun fikrincə, belə bir idarəetmə forması “siyasi sabitliyi gücləndirəcək” və “Qazaxıstan sosial quruluş modelinin davamlılığını” təmin edəcək. Dövlət başçısı 2023-cü ildə növbədənkənar parlament seçkiləri keçirmək niyyətini də açıqlayıb. Xatırladaq ki, Qazaxıstanda 2022-ci il iyunun 5-də referendum keçirilib və bu referendumda ölkə əhalisi ölkənin Əsas Qanununun mətninin üçdə birinə təsir edən 33 dəyişikliyi dəstəkləyib.

Bu, xüsusilə, ilk prezident Nursultan Nazarbayevə şəxsi imtiyazlar və “elbası” (millət lideri) statusu verən maddənin Konstitusiyadan çıxarılmasıdır. Yeniliklər Nazarbayevin şərəf və ləyaqətinin qorunması, pensiya təminatı, təhlükəsizlik və nəqliyyat kimi təminatlı hüququnu ləğv etmir. Digər dəyişikliyə görə, bir şəxs bundan sonra ardıcıl iki müddətdən artıq Qazaxıstan prezidenti postunu tuta bilməyəcək. Bundan başqa, prezidentlik dövründə ölkə rəhbəri yalnız partiyasız ola bilər və onun qohumlarının dövlət strukturlarında və dövlət korporasiyalarında rəhbər vəzifələr tutmaq hüququ olmayacaq.

  //Samir,Editor.az